Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvənd olunmazdan əvvəl nələrə diqqət yetirməliyik? – HƏKİM MƏSLƏHƏTİ

121 Baxış

Rusiyalı həkim-terapevt Olqa Kaşubina peyvənd olunmazdan əvvəl nələrə diqqət yetirməyin lazım olmasından danışıb.

Bu barədə o, “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.

Həkim koronavirus peyvəndinin ilk dozasını istirahət gününə təyin olunmasını tövsiyə edib:

“Məsləhətim budur ki, bəzi yan təsirlərin ola biləcəyini əsas götürərək cümə günü ya da çox ağır olmayan bir gündə peyvənd vurdurasınız”.

Kimsə peyvəndi rahat qəbul edir, kiminsə hərarəti qalxır və bədəni ağrıyır, buna görə peyvənd vurulan gün uzanmaq və hisslərinizi analiz etmək daha yaxşıdır. Həkimin dediyinə görə, ilk dozanın reaksiyasına əsasən dərmanın ikinci dozasından sonra hansı reaksiya verəcəyini təxmin etmək olar.

“Belə bir köhnə tövsiyə var: istənilən peyvənddən öncə anti-allergiya dərmanları istifadə etmək vaksinasiyanı rahat keçirməyə imkan verir. Bunu etməyin, bu pis məsləhətdir”, – deyə mütəxəssis vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678