Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ qanunlarını qəbul etmədiklərini bəyan edən bir qrup silahlı şəxs meşələrə çəkilib

132 Baxış

ABŞ-ın Boston şəhərinin şimalında bir qrup silahlı şəxs onları saxlayan polis əməkdaşlarına ABŞ qanunlarını tanımadıqlarını söyləyərək meşələrə çəkiliblər.

Bu barədə Massaçusets ştatının polis departamentinin “Twitter” səhifəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, iki avtomobildə olan bir qrup şəxs yaxşı silahlanmış vəziyyətdə olub, üzərlərində tapança və tüfəng gəzdiriblər.

Silahlı şəxslərin meşələrə çəkilməsindən sonra polislər ştatın əsas magistral yollarında hərəkəti bağlayıb, ətraf ərazidə yaşıyan şəxslərə küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Hadisə yerinə əlavə polis qüvvələri və xüsusi xidmət orqanın zabitləri cəlb edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678