Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya hərbi təyyarəsi Litva prezidenti və İspaniya Baş nazirinin mətbuat konfransını yarıda kəsdi – VİDEO

111 Baxış

Litva prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançezin “Siauliai” hərbi aviasiya bazasında təşkil etdikləri birgə mətbuat konfransı yarıda kəsilib.

“TRT Haber”in məlumatına görə, buna səbəb kimi Rusiyaya aid hərbi təyyarənin öncədən bildiriş etmədən Litva hava məkanına daxil olması göstərilib.

Belə ki, Litva dövlət başçısının çıxışı zamanı hərbi bazada hərəkətlilik yaşanıb. Pilotlar cəld qırıcılara minib, mühafizəçilərsə rəsmiləri təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşdırıblar.

İnsidentdən sonra Litva prezidenti Rusiyanı aqressiv siyasətdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarəsinin digər ölkələrin hava məkanına daxil olmadan, beynəlxalq normalara uyğun şəkildə hərəkət etdiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678