Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dünyanın ən möhtəşəm təyyarəsi”nin FOTOSU paylaşılıb

171 Baxış

ABŞ-ın Hərbi Hava Qüvvələri “dünyanın ən möhtəşəm təyyarəsi” adını alan perspektivli strateji stels texnologiyalı bombardmançı “B-21 Raider”in yeni görüntüsünü nümayiş edib.

Bu barədə “The Drive” xəbər yayıb.

Bildirilir ki, yayımlanan render strateji təyyarənin üçüncü rəsmi şəklidir.  Kadrlarda “B-21 Raider”in Kaliforniyadakı Edvards Hava Qüvvələri bazası üzərindən uçduğu görünür.

Üçüncü görüntü ilə əvvəlki ikisi arasındakı əsas fərq təyyarənin ön şüşəsinin formasıdır.

Nəşrdə stels texnologiyalı bombardmançının nüvə silahı daşıyıcısına çevriləcəyini və düşmənin hava hücumundan müdafiə sistemlərindən praktiki olaraq gözəgörünməz qalacağı vurğulanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678