Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada təbii fəlakət təhlükəsi davam edir: 300 mindən çox insan təxliyə ediləcək

127 Baxış

Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin qərbində Yapon dənizinin sahil əyalətləri üçün güclü yağış, sel və torpaq sürüşməsi barədə xəbərdarlıq edib.

Livik.net xəbər verir ki, Xirosima, Okayama, Hyoqo, Şimane və Tottoridə sürüşmə xəbərdarlığı olunub. Bu bölgələrdə leysan yağışının cümə səhərinə qədər davam edəcəyi bildirilib.

Xəbərdarlıqdan sonra əyalət rəhbərliyi Şimanedə 310 min nəfərin və Tottoridə 19 min insanın təxliyəsi əmrini verib.

Şimanenin Matsue bölgəsindəki Iu çayı sel səviyyəsinə yaxınlaşıb və güclü yağışdan sonra sürüşmə Izumo bölgəsinə ziyan vurub.

Ölkənin cənub-qərbində Şizuoka əyalətində 3 iyulda yağan güclü yağışdan sonra meydana gələn torpaq sürüşməsində 7 nəfər həyatını itirib, 27 nəfərin axtarışı davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678