Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dubayda dünyanın ən dərin hovuzu istifadəyə verilib – VİDEO

281 Baxış

Dünyanın ən hündür göydələni olan Burc Xəlifənin və dünyanın ən böyük ticarət mərkəzi sayılan “Dubai Mall”un yerləşdiyi şəhər daha bir rekorda imza atıb.

Belə ki, bir neçə gün öncə Dubayda dünyanın ən dərin hovuzu istifadəyə verillib.

60 metr dərinlikdəki su hovuzu dayvinq həvəskarları üçün nəzərdə tutulub.

“Deep Dive Dubai” adlı hovuz 14 milyon litr su tutumuna malikdir.  

Hovuz, həmçinin sualtı kinostudiya funksiyasını yerinə yetirir. Burada 56 kamera quraşdırılıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678