Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kuba prezidenti kommunistləri meydanlara səslədi

120 Baxış

Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez kommunistləri mövcud hökumətə dəstək verməyə və nümayişlər zamanı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa səsləyib.

Bu barədə “Cubavision Internacional” telekanalı məlumat yayıb.

“Amerika imperiyasına satılan əksinqilabi muzdluların ölkənin sabitliyini pozmasına icazə verməyəcəyik. Baş verənlərə inqilabi cavabımız olacaq. Bu səbəbdən bütün kommunistləri bu təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa və qətiyyətlə müqavimət göstərməyə çağırırıq”, – deyə Kuba Prezidenti müraciətində vurğulayıb.

Qeyd edək ki, Kubada iyulun 11-dən hökumət əleyhinə etiraz nümayişləri keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678