Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19 testlərində pasiyentlərin və tibb işçilərinin səhvləri açıqlandı

362 Baxış

Koronavirusla bağlı testlərin cavablarından yanlışlıqlar həm tibb işçilərinin, həm də xəstələrin özləri tərəfindən buraxılan səhvlərə görə baş verir.

RBK-nın məlumatına görə, Rusiya laboratoriyalarının nümayəndələri uzunmüddətli tədqiqatlardan sonra belə nəticəyə gəliblər.

Bildirilir ki, Səhiyyə Nazirliyi ağız udlaqdan və burun udlaqdan biomaterial götürməyi tövsiyə edir. Əgər tibb bacısı bunların yalnız birindən test götürsə, yanlış cavab əldə etmək ehtimalı var.

Bundan başqa, yaxma üçün zondların və nümunə qablarının sterilliyi də mühüm əhəmiyyət daşıyır.

Həmçinin, xəstə də prosedura hazır olmalıdır: Yaxma götürülməzdən bir saat əvvəl yemək, içmək, dişləri yumaq, ağzı yaxalamaq və ya saqqız çeynəmək olmaz.

Bundan başqa, burunu yumaq və ya dərman tökmək də qadağandır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678