Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”

147 Baxış

Koronavirus pandemiyası səhiyyə sferasında adi fövqəladə vəziyyət olmaqdan çıxıb.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus bəyan edib.

“Biz fövqəladə vəziyyətdə insanları qorumağa borcluyuq, lakin COVID-19 pandemiyası artıq fövqəladə vəziyyət olmaqdan çıxıb”, – deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, pandemiya dünyadakı digər xəstəliklərlə – Qabon və Toqoda “sarı qızdırma”, Çadda “çikungunya qızdırması”, Meksikada “qızılca” ilə mübarizəyə mənfi təsir göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678