Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniyada “Afrika taunu” yayılıb: İnsanlara keçə bilər

125 Baxış

Almaniyada “Afrika taunu” infeksiyası ev heyvanlarına yayılıb.

DPA xəbər verir ki, infeksiya Brandenburqdakı fermada müəyyən edilib.

Bölgənin səhiyyə nazirliyindən bildirilib ki, virusun necə yayılması öyrənilir.

Bundan əvvəl həmin virus Almaniyada yalnız vəhşi donuzlarda aşkar edilib.

Donuzlarda rast gəlinən “Afrika taunu”nun insanlara keçməsi qeydə alınmasa da, alimlər xəstəlik yoluxma riskini istisna etmirlər, çünki virus gözlənilmədən inkişaf edir və növlərinin sayında artım mümkündür.

“Afrika taunu” əsasən bədənə qida, dəri yaraları, selikli qişalar, həşərat sancmaları yolu ilə daxil olur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678