Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niderlandda daşqın təhlükəsi ilə əlaqədar 15 min vətəndaş təxliyə olunacaq

114 Baxış

Niderlandın cənub-şərqindəki daşqın təhlükəsi səbəbindən təxminən 15 min vətəndaş təxliyə olunacaq.

Bu barədə “NL Times” portalı məlumat yayıb.

Artıq Niderlandın Mastrixt şəhərinin səlahiyyətliləri Maas çayının sahilində yerləşən iki rayonun sakinlərinə gözlənilən daşqınla bağlı evlərini tərk etməyə çağırıb.

“Bu gecə Mastrixtin bir hissəsi su altında qalacaq. Təbii fəlakətin təsirinə məruz qalan ərazilərdə suyun səviyyəsini 80 santimetrdən beş metrə qədər qalxacaq. Bu, misli görülməmiş vəziyyətdir”, – Şimali Limburq regionunun təhlükəsizlik xidmətinin əməkdaşı vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678