Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus epidemiyası bitməmiş ABŞ-da yeni virus meydana çıxdı

112 Baxış

Koronavirus epidemiyası bitməmiş ABŞ-da yeni virus – “Meymun çiçəyi virusu” meydana çıxıb.

“Haber Global” məlumat verir ki, virusun 9 iyulda Nigeriyadan Dallas Hava limanına uçan ABŞ vətəndaşında aşkar edildiyi açıqlanıb.

Səlahiyyətlilər bildirir ki, sərnişinlər koronavirus epidemiyası səbəbiylə təyyarədə maska taxdıqları üçün sözügedən virusun yayılma riski azdır.

İlk dəfə 1950-ci illərdə laboratoriya mühitindəki meymunlarda aşkarlanan, tənəffüs yollarından keçən və insandan insana keçə bilən “Meymun çiçəyi virusu”na ABŞ-da təxminən 20 ildir rast gəlinmirdi.

7-14 gün arasında simptomlarına inkişaf edən virusun əlamətləri yorğunluq, baş ağrısı, yüksək temperatur və əzələ ağrıları daxildir. 2003-cü ildə nəzarətə götürülən virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.

Qeyd edək ki, Böyük Britaniyada da iki nəfərdə eyni virus tapılıb.

Hər iki xəstə eyni ailənin üzvü olan xarici vətəndaşlardır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678