Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində təbii fəlakət qurbanlarının sayı artıb

118 Baxış

Çinin mərkəzi Xenan vilayətindəki daşqınlar səbəbindən həlak olanların sayı 56 nəfərə çatıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Ölənlərin bir qismi Çjençjou şəhərində su basmış avtomobil tunelində qalıb.

Fəlakət qurnbanlarının sayının artacağı gözlənilir.

Qeyd edək ki, iyulun 16-dan başlayaraq yağan leysan yağışları nəicəsində Xenan vilayətinin 7,58 milyon əhalisi zərər çəkib. Onlardan 585 mini təxliyə olunub.

Daşqınların vurduğu maddi zərər 2.15 milyard dollar həcmində qiymətləndirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678