Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Asma körpüdən keçən yük maşını çaya yuvarlandı – VİDEO

130 Baxış

Rusiyanın Zabaykalsk diyarının Uryum qəsəbəsində yerləşən asma körpüdən keçməyə çalışan yük maşını çaya düşüb.

Hadisənin videosu Rusiyanın “Telegram” kanallarında yayımlanıb.

Hadisəyə münasibət bildirən Zabaykalsk diyarının hökumət sədrinin müavini Andrey Qurulev bildirib ki, asma körpü avtomobilin ağırlığına tab gətirə bilməyib və nəticədə bu hadisə baş verib.

Rəsmi şəxs həmçinin əlavə edib ki, sürücü üzərək sudan çıxa bilib və onun səhhəti normaldır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678