Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Estoniyada koronavirusa qarşı burun spreyi yaradılıb

119 Baxış

Estoniya alimləri COVID-19-a qarşı burun spreyi hazırlayıblar.

Bu barədə “Korrespondent” məlumat yayıb.

Spreyin orqanizmi virusun bütün məlum ştamlarından qoruduğu bildirilib.

“BioBlock” adlı spreyin laborator sınaqları onun “alfa”, “beta”, “qamma” və “delta” ştamlarına qarşı da təsirli olduğunu sübut edib.

Tibb vasitəsinin professor Mart Ustavın rəhbərliyi ilə “Icosagen” araşdırma qrupu tərəfindən hazırlandığı, “Chemi-Pharm” şirkəti tərəfindən istehsal olunaraq, satışa çıxarıldığı qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678