Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Baydeni seçkidə qələbə qazanması münasibətilə təbrik etdi

151 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-rəsmi nəticələrə əsasən ABŞ-ın 46-cı prezidenti seçilən Co Baydeni təbrik edib.

Bu barədə T24 məlumat yayıb.

Ərdoğan “Cənab, seçilmiş prezident” ifadəsi ilə başladığı məktubda bu fikirlərə yer verib:

“Seçki nəticələrinin dost və müttəfiq ABŞ xalqı üçün xeyirli olmasına ümid edirəm. Türkiyə – ABŞ münasibətləri köklü təmələ əsaslanan strateji bir mahiyyət daşıyır. Qlobal və regional miqyasda qarşılaşdığımız sınaqlar ortaq maraqlar və dəyərlərə əsaslanan bu münasibətlərimizi daha da inkişaf etdirməyimizi və gücləndirməyimizi məcburi edir. Qarşıdakı dövrdə ABŞ rəhbərliyi ilə bu istiqamətdə yaxından çalışmaqda qərarlılığımızı təkrarlayır, ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik əlaqələrinin bu günə qədər olduğu kimi gələcəkdə də dünyada sülhə mühüm töhfə verməyə davam edəcəyinə inanıram. Seçkidəki uğurunuzu təbrik edir, ABŞ xalqının sülh və əmin-amanlığı üçün səmimi arzularımı çatdırıram”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678