Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun orqanizmdə hansı geri dönüşü olmayan dəyişikliklərə səbəb olduğu açıqlandı

126 Baxış

Koroanvirus ağciyərlərdə geri dönüşü olmayan dəyişikliklərə – fibroza səbəb ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva xəbərdarlıq edib.

“Bundan başqa infarkt və insult riskləri artır ki, bu da çox vaxt pasientlərin əlil olması ilə nəticələnir”, – deyə o əlavə edib.

Ploskireva bəzi xəstələrdə COVID-19-dan sonra fərqli klinik təzahürlərin uzun müddət davam etdiyini vurğulayıb.

“Bunların arasında astenik sindrom və tənəffüs simptomları, ilk növbədə öskürək var”, – deyə o bildirib.

Virusoloq onu da vurğulayıb ki, bu təzahürlər pasiyentin xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq yaranır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678