Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meksikada neft emalı zavodunda güclü yanğın – VİDEO

126 Baxış

Meksikanın dövlət neft-qaz kompaniyası olan “Petroleos Mexicanos”a məxsus neft emalı zavodunda güclü partlayış, ardınca isə yanğın baş verib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, “Petroleos Mexicanos”un rəhbərliyi tərəfindən verilən məlumata əsasən, partlayış nəticəsində insan təlafatı olmayıb. 

Qeyd olunur ki, insident Meksikanın Oaxaka ştatının Salina Kruz şəhərində baş verib.

Hazırda yanğının nəzarət altına alındığı bildirilir.

Salina Kruz şəhərinin aidiyyatı qurumları tərəfindən sakinlərə müraciət olunaraq insanlara təşvişə düşməmək xahiş olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678