Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp koronavirus barədə: “O, laboratoriyada hazırlanıb”

116 Baxış

ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-un laboratoriya mənşəli olmasından əminliyini bildirib.

O, bunu “Fox News” telekanalının efirində bəyan edib.

“Mən onu Çin virusu adlandırıram. Çünki məhz oradan yayılmağa başlayıb. O, laboratoriyada hazırlanıb”, – deyə Tramp qeyd edib.

Həmçinin, siyasətçi əlavə edib ki, “Twitter” koronavirusun süni mənşəyi barədə təkzibolunmaz faktları dərc edən bütün istifadəçiləri bloklayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678