Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

111 Baxış

Ermənistan parlamentində deputatlar arasında mübahisə yaşanıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Belə ki, parlamentin spikeri Alen Simonyan müxalifət nümayəndələri ilə mübahisə edib. Spiker əvvəlcə hakim “Vətəndaş saşizi” partiyasının deputatı Arpi Davoyanın çıxışını dayandırıb. O, çıxışı zamanı keçmiş prezident Serj Sarqsyanı və bir qədər əvvəl iclasdan spiker tərəfindən qovulmuş müxalifətin deputatı Anne Mkrtçyanı təhqir edib. Bu zaman spiker müdaxilə edib.

Müxalifət nümayəndəsi vitse-spiker İşxan Saqatelyanın parlament rəhbərliyinin kimisə zaldan çıxarmaq səlahiyyəti olmadığını deməsindən sonra mübahisə daha da qızışıb. Bu dəfə Simonyanla “Ermənistan” fraksiyasının üzvləri mübahisə edib. Spiker Aqnes Hamoyan və Armen Rustamyana da xəbərdarlıq edib. Lakin onlar mübahisəyə davam ediblər. Mübahisəyə hakim partiyanın deputatlarının da qoşulması ilə dava baş verib.

Spiker Alen Simonyan bundan sonra mühafizəçiləri zala çağırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678