Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

93-cü “Oskar” mükafatı öz sahiblərini tapdı

203 Baxış

ABŞ-ın Los-Anceles şəhərində “Oskar” mükafatının 93-cü təqdimetmə mərasimi keçirilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, Xloya Çjaonun rejissoru olduğu “Köçərilərin torpağı” filmi 2020-ci ilin ən yaxşı ekran əsəri kateqoriyası üzrə “Oskar” mükafatı qazanıb.

Məşhur britaniyalı aktyoru Entoni Hopkins ilin ən yaxşı kişi aktyoru roluna görə “Oskar”a layiq görülüb.

Bununla da o, “Oskar” mükafatının ən yaşlı sahibi olub.

İlin ən yaxşı qadın aktrisası nominasiyasında “Oscar” mükafatına “Köçərilərin torpağı” filmindəki roluna görə  Franses MakDormand layiq görülüb.

“Mənim müəllimim – səkkizayaqlı ilbiz” sənədli filmi isə 2020-ci ilin “Ən yaxşı sənədli film” kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678