Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qırmızı Xaç”ın vaksinasiyanın əleyhinə olan tibb bacısı peyvəndi fizioloji məhlulla əvəz edib

123 Baxış

Almaniyada vaksinasiyanın əleyhinə olan tibb bacısı peyvəndi fizioloji məhlulla əvəz etməkdə şübhəli bilinir.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, “Qırmızı Xaç”ın adı açıqlanmayan tibb bacısının etdiyi hərəkətin motivi bəlli deyil, lakin müstəntiqlər onun sosial mediada peyvəndlərlə bağlı dəfələrlə tənqidi ifadələr yazdığını nəzərə çatdırıblar.

Əlavə təfərrüat açıqlanmır.

Bundan əvvəl Almaniyada 8,5 min adama koronavirusa qarşı peyvənd əvəzinə fizioloji məhlul vurulduğu məlum olmuşdu.

Hökumət bunun 5 mart – 20 aprel tarixləri arasında edilən peyvəndlərə aid olduğunu ehtimal edir. Polis araşdırması zamanı, daha böyük bir qrupun zərər çəkə biləcəyi aydın olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678