Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanda məşhur kurort ərazisində gəmi batıb

139 Baxış

Yunanıstanın səyyahlar arasında populyar yer sayılan Milos adası yaxınlığında, Egey dənizində göyərtəsində 18 sərnişini olan turist gəmisi batıb.

Bu barədə yerli ERT1 telekanalı məlumat yayıb.

Hadisənin Milos limanından 16 dəniz mili məsafəsində baş verdiyi bildirilir.

Yerli xüsusi xidmət orqanları xilasetmə əməliyyatına başlayıblar – sahil təhlükəsizlik qayıqları, balıqçı gəmiləri, həmçinin Yunanıstan Hərbi Hava Qüvvələri və Donanmasının helikopterləri hadisə yerinə yollanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678