Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistan İŞİD-lə mübarizədə Talibana yardım edir

189 Baxış

Pakistan Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibana İŞİD-lə mübarizədə kömək göstərir.

Turnamedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” Taliban nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan terrorçularla mübarizədə kəşfiyyat məlumatlarını ötürmək və texniki dəstək vermək üçün qeyri-rəsmi kanallardan istifadə edir.

“Pakistan bizim qardaşımızdır və onlar İŞİD haqqında kəşfiyyat məlumatları paylaşmaqla bizi bir çox cəhətdən dəstəkləyirlər. Əgər ABŞ və dünyanın digər dövlətləri məlumatları bizimlə bölüşsəydilər, İŞİD-i məğlub edə bilərdik”, – Taliban rəsmisi qəzetə açıqlamasında deyib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678