Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qırğızıstan Rusiyaya NOTA VERDİ

141 Baxış

03 Noyabr, 2021 – 22:04106

Qırğızıstan Rusiya Federasiyasına nota verib.

 

Turanmedia.az KONKRET.az istinadən xəbər verir ki, etiraz notasını Rusiya Xarici İşlər Nazirliyinə Qırğız Respublikasının Moskvadakı səfiri təqdim edib.

 

Bildirilib ki, notaya səbəb rus polisinin Qırğız Respublikasının vətəndaşına qarşı fiziki güc tətbiq etməsi olub.

 

Qırğız Respublikasının diplomatları qeyd ediblər ki, sosial şəbəkələrdə “Rusiya polisinin respublika vətəndaşına qarşı fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Hadisənin noyabrın 2-də baş verdiyi məlum olub.

Qeyd olunub ki, 21 yaşlı Qırğız Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilib.

Diplomatik nümayəndəlik Rusiya tərəfinin hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcəyinə və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə inandığını bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678