Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama

125 Baxış

Eks-prezident Mixail Saakaşvili müalicə kursu keçir və özünü yaxşı hiss edir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın 18 saylı türmə xəstəxanasının baş həkimi Manana Elefterova deyib.

“Saakaşvili 8 noyabrdan 18 saylı xəstəxanada müalicə alır. Ciddi həkim nəzarətindədir. Bütün lazımi laborator müayinələr aparılır, lazımi dərmanlar verilir. Həyati təhlükəsi yoxdur”, – deyə baş həkim bildirib.

Qeyd edək ki, Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze isə ötən günki açıqlanmasında keçmiş prezidentin səhhətinin kəskin pisləşdiyini, hətta onun çarpayıdan qalxa bilmədiyini söyləmişdi. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678