Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MAQATE: “İran zənginləşdirilmiş uran ehtiyatını artırıb”

143 Baxış

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın az zənginləşdirilmiş uran ehtiyatının nüvə anlaşmasında göstərilən səviyyədən xeyli üstün olduğunu və uran zənginləşdirmə həddini aşmağa davam etdiyini bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, MAQATE-nin İranın nüvə proqramına dair hesabatında bu ölkənin az zənginləşdirilmiş uran ehtiyatının 2400-dən çox olduğu qeyd edilir.

Hesabatda bildirilir ki, bu səviyyə 25 avqustda 2 min 100 civarında olub.

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) və Almaniya ilə 2015-ci ildə imzaladığı “Hərtərəfli Birgə Fəaliyyət Planı” adlanan sanksiyaların ləğvi müqabilində nüvə proqramına məhdudiyyətlər qoyub.

Nüvə razılaşmasına əsasən, İranın 3.67 faiz saflığı olan uran zənginləşdirmə həddi var.

İranda aşağı səviyyəli zənginləşdirilmiş uranın miqdarı 300 kiloqramdan çox olmamalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678