Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niderland da Azərbaycana başsağlığı verdi

114 Baxış

Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunları Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema özünün Tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim zamanı Xızı rayonu ərazisindəki Qaraheybət poliqonunda qəzaya uğrayıb. Qəza nəticəsində 14 zabit həlak olub, 2 zabit yaralanıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678