Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Paşinyan ikinci təslim olma aktını Suren Papikyan və Ararat Mirzoyanın əli ilə imzalayacaq” – ŞOK İDDİA

107 Baxış

“Paşinyan ikinci təslim olma aktını Suren Papikyan və Ararat Mirzoyanın əli ilə imzalayacaq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni nəşri “168.jam” məlumat dərc edib:

“Nikol Paşinyan bu sənədləri imzalamaq üçün başqa ssenari hazırlayıb. O, elə həmin gün hakimiyyətinin sonu olacağını yaxşı bildiyi üçün sənədləri imzalamaqdan çəkindi. Paşinyan üçün bir nömrəli vəzifə öz hakimiyyətini, kreslosunu qorumaq olduğundan o, bu təslim olmaq haqda sənədləri imzalamaq üçün başqa üsul seçdi” – deyə məlumatda bildirilib.

“Razılaşmaya əsasən Nikol Paşinyan Soçidə sadəcə ümumi bəyanata imza atdı. Bundan sonra Ermənistanın müdafiə və xarici işlər nazirləri səviyyəsində əsas sazişlər imzalanacaq. Beləliklə, Paşinyan düşünür ki, hakimiyyətini qoruyub saxlaya biləcək. Ən azı bir müddət ictimaiyyəti çaşdıraraq, sırf öz məsuliyyətini başqalarının üzərinə (adıçəkilən nazirlərin) atmağa çalışacaq” – nəşr yazıb.

“Əldə etdiyimiz məlumata görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu günlərdə Moskvada Rusiya və Azərbaycan tərəfləri ilə konkret sənədlərlə bağlı danışıqlar aparıb. O danışıqlardan sonra bəlli nəticələrlə təcili olaraq Ermənistana qayıdıb” – “168.jam” yazıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678