Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hamiləliyin müxtəlif dövrlərində koronavirusa yoluxmanın təhlükələri açıqlandı

121 Baxış

Hamilə qadınların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Belə olduğu halda, COVID-19 doğuşdan sonra qanaxmaya, vaxtından əvvəl doğuşa və ya uşaqsalmaya səbəb ola bilər.

Turanmedia.az xəbər verir ki, bu barədə rusiyalı reproduktoloq İrina Menşikova xəbərdarlıq edib.

Onun sözlərinə görə, birinci və ikinci trimestrdə hamilə qadının uşaqsalma ehtimalı daha yüksəkdir. Bundan əlavə, üçüncü trimestrdə vaxtından əvvəl doğuş halları və yüksək qan təzyiqi ilə xarakterizə olunan preeklampsiyanın inkişaf riski artır.

Menşikova izah edib ki, belə ağır fəsadlar hamilə qadının qanının qatılaşması ilə bağlıdır. Həmçinin eyni şey COVID-19 keçirən hər kəsdə olur. Birlikdə bu iki proses intensivləşir və xəstəliyin gedişi daha da mürəkkəbləşir.

Sağlamlıqlarını qorumaq üçün Menşikova qadınlara planlaşdırılan hamiləlikdən bir ay əvvəl və ya hamiləlikdən 22 həftədən (döl praktiki olaraq formalaşandan) sonra koronavirusa qarşı vaksinasiya tövsiyə edib. //Turanmedia.az

Mənbə: Pyatıy kanal


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678