Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər yenə küçələrə axışdı: “Paşinyan və Papikyanı tələb edirik” – VİDEO

130 Baxış

“Ermənistanın baş naziri Nikol Paşinyanın, müdafiə naziri Suren Papikyanın, əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın bura gəlməsini tələb edirik”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu tələblər ermənilərin keçirdiyi etiraz aksiyasında səsləndirilib.

“Paşinyan bizim səsimizi alaraq baş nazir oldu, ona görə də səs verdiyimiz Volodya Qriqoryan mer olmalıdır” – deyə etirazçılar bildiriblər.

Qeyd edək ki, Ermənistanda Parakar icmasının sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları etiraz aksiyası keçirir. Əraziyə böyük Polis qüvvələri cəmləşib. Polislə etirazçılar arasında insident yaşanacağı istisna olunmur.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678