Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nikol Paşinyan: “Qarabağın yekun statusu ilə bağlı referendum yalnız 100 ildən sonra keçirilə bilər”

300 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı son açıqlamalarına olan tənqidlərə cavab verib.

Turanmedia.az konkret.az-a istinadla xəbər verir. Paşinyanın sözlərinə görə, söhbət onun baş nazir seçilməsindən xeyli əvvəl formalaşmış danışıqlar irsindən gedirdi ki, bu da o deməkdir ki, onun özü danışıqların məzmununun formalaşdırılması prosesinə təsir göstərə bilməyib.

“Əgər danışıqlara uyğun olaraq azərbaycanlılar Qarabağın sakinləri hesab olunurdusa, onlar orada məskunlaşmalı idilər. Ermənistan 2018-ci ilin “məxməri inqilabına” qədər heç vaxt bu məzmuna etiraz etməyib”, – deyə baş nazir vurğulayıb.

O, Qarabağın yekun statusu ilə bağlı referendumun yalnız 100 ildən sonra keçirilə biləcəyinə diqqət çəkib və bu yüz il ərzində Dağlıq Qarabağın demoqrafik görünüşünün necə dəyişəcəyini təxmin etmək çətin deyil.

“Hələ 2018-ci ildə baş nazir seçilməmişdən əvvəl Qarabağ danışıqlar məntiqi çərçivəsində Azərbaycanın tərkibində olmamaq kimi nəzəri və praktiki imkanını itirdi – mən bunu qəbul etmədim, əksinə ona qarşı mübarizə apardım”, – deyə baş nazir bildirib.

Paşinyan əlavə edib ki, o, sadəcə olaraq həqiqəti gizlətməmək qərarına gəlib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678