Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirdən iki kino ittifaqının birləşməsinə münasibət

35 Baxış

“İki kino ittifaqının birləşməsini təqdirəlayiq addım kimi qiymətləndirirəm”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, iki ittifaqın könüllü və müstəqil şəkildə birləşməsi kinomuzun inkişafına töhfə verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşməklə bağlı bəyanat yayıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678