Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbul Konvensiyası və məişət zorakılığı ilə mübarizəyə dair vəd

141 Baxış

Məlum olduğu kimi noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Eyni zamanda gələcəkdə ölkəmiz tərəfindən “Qadınlar və məişət zorakılığının qarşısının alınması və mübarizə üzrə” Avropa Konvensiyasına qoşulmaq məsələsi də son illər gündəmdədir. 

Konvensiyanın özünəməxsusluğu onun dörd prinsipi ilə müəyyən olunur. 

Prinsiplər bunlardır: 

1) qadınlara qarşı zorakılığın qarşısının alınması; 

2) qurbanların müdafiəsi; 

3) zorakılıq törətmiş şəxslərə qarşı cinayət təqibi; 

4) zorakılıq qurbanlarına dəstək üçün əlaqələndirilmiş siyasətlər.

Qeyd olunmalıdır ki, bu prinsiplər eynilə Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planında da öz əksini tapıb.

Milli fəaliyyət planında 2020-2023-cü illərdə vəkillər üçün məişət zorakılığı ilə mübarizə, həmçinin, məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış və bu şəxslərin müdafiəsi üzrə təlimlərin keçirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunub. 

Qeyd olunmalıdır ki, artıq 2-ci ildir, məişət zorakılığı üzrə mübarizə mövzusu vəkilliyə namizədlərin icbari tədris proqramına daxil edilən və bu sahədə Ədliyyə Akademiyası və beynəlxalq tərəfdaşlarla birgə ixtisaslaşan vəkil və hüquqşünaslar tərəfindən vəkilliyə namizədlər üçün təlimlər keçirilməkdədir.

Növbəti illərdə Vəkillər Kollegiyası tərəfindən vəkillər üçün İstanbul Konveniyasının baza prinsipləri əsas götürülməklə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu zaman Avropa Şurasının HELP platformasından istifadə olunması prioritet istiqamətlərdəndir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678