Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təkzib edildi: Qazaxıstanda iğtişaşlarda 164 nəfər ölməyib

112 Baxış

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə iğtişaşlar zamanı 164 nəfərin həlak olması ilə bağlı xəbəri təkzib edib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Qazaxıstanın operativ qərargahı öz Teleqram kanalında ölənlərin sayı barədə Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Artıq mesaj silinib.

Məlumatda deyilirdi ki, Qazaxıstanda iğtişaşlar başlayandan ümumilikdə 164 nəfər ölüb. Təkcə Almatı şəhərində ölənlərin sayı 103, yaralılar isə 1100 nəfərdir. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678