Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tibb elmində şok: İnsana donuz ürəyi köçürüldü

122 Baxış

Dünya tibb elmində inanılmaz əməliyyat baş tutub.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın Baltimor şəhərində 57 yaşlı şəxsə cərrahi əməliyyatla geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.

“Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyası idi. 8 saatlıq əməliyyat Baltimorda baş tutub. Merilənd Universitetinin Tibb Mərkəzinin cərrahlarının sözlərinə görə, pasiyent əməliyyatdan sonra özünü yaxşı hiss edir. Xəstə ciddi həkim nəzarətindədir”, – deyə bildirilib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678