Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ana qızı ilə birlikdə məktəbliyə “dərs” verdi – VİDEO

143 Baxış

Rusiyada valideynlərdən birinin iştirakı ilə beşinci sinif şagirdləri arasında davanın görüntüləri yayılıb.

“Lenta dna” “Telegram” kanalının məlumatına görə, hadisə Kazan şəhərində baş verib.

Kadrlarda qadının məktəblinin üstünə qışqırdığı, sonra isə onun qızının həmin oğlanın başına  qazlı su tökdüyü, ardınca butulka atdığı görünür.

Hadisə barədə Rusiya Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb.

Məlum olub ki, dərs zamanı qız sinif yoldaşına qələm atıb, o da cavabında qızın çantasına şirə töküb. Əsl dava da bundan sonra başlayıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678