Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kadırovçular”ın Ukraynadakı əsas vəzifəsi budur” – Kəşfiyyatdan ŞOK İDDİA

107 Baxış
“Kadırovçular”ın əsas vəzifəsi Rusiya hərbçiləri arasında fərariliyin qarşısını almaqdır”.

Turanmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

SBU-nun məlumatında Ukraynaya döyüşmək üçün gələn silahlı çeçen dəstələrinin çox sayda itki verdikləri deyilib:

“Əslində “Kadırovçular” Ukraynada necə döyüşürlər? Rusiya təbliğatı onların imicini “Putinin istənilən tapşırığını yerinə yetirməyə qadir olan nəhəng qüvvə” kimi formalaşdırır. Amma 26 günlük müharibədə Ukrayna əsgərləri bu mifi darmadağın etdilər. “Kadırovçular” reklamı sevdiklərinə görə indi onları “TikTok qoşunları” adlandırılırlar. Müharibə zamanı yalnız videogörüntüləri və mülki şəxslərə qarşı vəhşilikləri ilə fərqləniblər.

Beləliklə, “Kadırovçular”ın əsas vəzifəsi döyüş meydanından qaçan rus hərbçilərini “təmizləmək” və öldürməkdir. Yəni onlar rusları “özlərinki” saymır, onlara “bit” deyir və onları öldürməkdən məmnunluq duyurlar”.

SBU-nun açıqlamasında sonda əlavə olunub: “Hər bir düşmən üçün kifayət qədər mərmilərimiz var. Qələbəyə qədər torpağımızı qoruyacağıq”.

Ukrayna Milli Təhlükəsizlik Xidməti döyüşməkdən imtina edərək qaçan rusiyalı hərbçilərin telefon danışıqlarını ifşa edib. Açıqlamanın da bunun əsasında verildiyi bildirilib. //Turanmedia.az

Mənbə: Teleqraf.com
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678