Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstanda işçi qüvvəsi çatışmır

150 Baxış

Pandemiya fonunda Qazaxıstanda yaranan işçi çatışmazlığı əmək miqrantlarının sayının azalması ilə əlaqələndirilir.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə Qazaxıstan-Alman Universitetinin professoru İrina Çernıx deyib:

“Pandemiya şərtlərində işçi, miqrant işçi, xüsusən inşaat mütəxəssisləri çatışmazlığı ilə qarşılaşırıq”.

Çernıx bildirib ki, sosial obyektlərin tikilməsi, mənzil fondu problemləri qonşu bölgələrdən olan əmək miqrantlarının çatışmazlığı ilə əlaqəlidir: 

“Düşünürəm ki, bunlar lazımi konseptual sənədlərin hazırlanmasında irəliləyiş üçün ciddi arqumentlərdir.

Sənədlərdə pandemiyanı bir amil olaraq nəzərə almaq, yüksək keyfiyyətli sərhəd idarəçiliyi və keçid rejimini inkişaf etdirmək lazımdır. Pandemiya şərtlərində qapalı və ya yarımqapalı sərhədlərdə dövlətlərin qarşılıqlı əlaqəsi üçün xüsusi qaydalar hazırlamaq lazımdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678