Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski Ukraynanın cənubunu azad etməyi ƏMR ETDİ

99 Baxış

Zelenski hərbçilərə Ukraynanın cənubunu işğaldan azad etməyi əmr edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu “The Sunday Times” qəzetinə müsahibəsində müdafiə naziri Aleksey Reznikov deyib. Prezident artıq müvafiq planların hazırlanması ilə bağlı Ali Hərbi Baş Komandana göstəriş verib.

Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi əmr edib, bunun üçün Ukrayna Qərb silahları ilə təchiz edilmiş milyonlarla döyüş qüvvəsini toplayır.

Nazirin sözlərinə görə, prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və deyir ki, bu məqsədə çatmaq üçün bizə “A”, ” B” və “C” planları lazımdır”, – deyə o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678