Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikova Moskvada SAXLANILDI

90 Baxış

Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikova saxlanılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Rusiya Birinci Kanalının keçmiş əməkdaşı Marina Ovsyannikovanın saxlanıldığını onun vəkili BBC-yə təsdiqləyib.

Ovsyannikovanın teleqram kanalında polis əməkdaşlarının onu mikroavtobusa apardığını əks etdirən fotolar yerləşdirilib. Saxlanmanın səbəbləri ilə bağlı hələlik məlumat yoxdur.

Jurnalistin vəkili Dmitri Zaxvatovun sözlərinə görə, o, Moskvada evinin yaxınlığında saxlanılıb. Daha sonra Zaxvatov BBC-yə bildirib ki, Ovsyannikova Krasnoselski rayon polis şöbəsindədir. O, müvəkkilinin bu polis şöbəsində olduğunu desə də, Telegram kanalında bunun əksi yazılıb.

“Marina saxlanılıb. Onun yeri barədə məlumat yoxdur”, – onun telegram kanalında qeyd olunub.

Martın ortalarında Ovsyannikova Birinci Kanalın xəbərlərində canlı etiraz aksiyası keçirərək, aparıcı Yekaterina Andreyevanın arxasında Ukraynadakı müharibə əleyhinə posterlə qaçıb.

Bundan sonra o, inzibati cərimə alıb və Almaniyada işləmək üçün ölkəni tərk edib. Ovsyannikova bu yaxınlarda Rusiyaya qayıdıb və bunu ailə vəziyyəti və müqavilənin bitməsi ilə izah edib.

İyulun 15-də o, Kreml yaxınlığında təkbaşına müharibə əleyhinə aksiya keçirib. Onun əlində tutduğu posterdə belə yazılmışdı:

“Putin qatildir. Onun əsgərləri faşistdir. 352 uşaq ölüb. Siz dayanana qədər daha neçə uşaq ölməlidir?”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678