Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya ilə oynamaq mənəviyyatsızlıqdır – UŞF

106 Baxış

Ukrayna uşaq şahmatı üzrə dünya çempionatını boykot edir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Şahmat Federasiyası məlumat yayıb.

“UŞF BOK-un tövsiyələrinə zidd olaraq, Rusiya Federasiyası və Belarus idmançılarının rəsmi yarışlarda iştirakına icazə verən FİDE və onun prezidenti A. Dvorkoviçin siyasətini biabırçı hesab edir.

Buna etiraz olaraq, UŞF iştirakçıları yeniyetmələr arasında dünya çempionatına nümayəndə verməkdən imtina edir və digər federasiyaları da buna çağırır. Belə bir şəraitdə rus şahmatçıları ilə masa arxasında əyləşməyi mənəviyyatsızlıq hesab edirik”, – UŞF-nin bəyanatında deyilir.

Qeyd edək ki, uşaqlar arasında yarış sentyabrın 15-dən 28-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678