Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur amerikalıdan Dikə dəstək: Hər kəs “Təbriz”i oxuyur

101 Baxış

Gör nə edibsən, Corc Dik! Hər kəs Təbriz haqqında oxuyur.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu məşhur amerikalı analitik, Corc Buş hakimiyyəti dövrünün yüksəkvəzifəli məmuru Maykl Doran Tvitter hesabında yazıb.

Maykl Doran bununla İran səfiri Abbas Musəvi tərəfindən ölümlə təhdid olunan İsrailin Azərbaycandakı səfiri Corc Dikə dəstəyini bildirib.

Xatırladaq ki, iyulun 20-də İsrail səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım edib. C.Dikin Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan İranın Azərbaycandakı səfiri Abbas Musəvi həmkarını ölümlə təhdid edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678