Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

PKK-nın Ermənistandakı keçmiş qadın lideri məhv edildi

95 Baxış

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Süleymaniyyə şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində PKK terrorçularının liderlərindən olan “Berivan Zilan” ləqəbli Hatice Hezeri məhv edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, PKK-ya 1991-ci ildə qoşulan Hezer 2004-cü ildə PKK/KCK-nın Ermənistandakı qadın təşkilatı PJA-nın (PJAK) rəhbəri təyin edilib. 2008-ci ildən Şimali İraqdakı Mahmur düşərgəsi ərazisində terrorçular sırasında olub, 2017-ci ildən isə Suriyadakı PJAK dəstəsinə rəhbərlik edib.

HDP-nin Van regionu üzrə millət vəkili Tuğba Hezer Öztürkün böyük bacısı olan Haticenin qardaşı da 1998-ci ildə təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678