Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniya iki gəmini hazır etdi: Ukraynaya göndərir

93 Baxış

Böyük Britaniya artıq iki gəmini Ukraynaya göndərmək üçün hazırlayıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

“Artıq iki gəmini Ukraynaya təhvil verməyə hazırıq və danışıqlar aparırıq. Qara dənizdəki vəziyyəti nəzərə alsaq, bizə daha çox gəmi lazım olacaq. İndiki məqamda söhbət minalardan təmizləmə ilə məşğul olan gəmilərdən gedir”, – o deyib.

Səfir qeyd edib ki, bunlar Ukrayna ekipajlarının artıq təlim keçdiyi ixtisaslaşdırılmış döyüş gəmiləridir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678