Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Krımda Rusiya aviabazasında neçə təyyarənin məhv edildiyi MƏLUM OLDU

86 Baxış

Krımdakı Rusiya aviabazasında güclü partlayışlar nəticəsində neçə təyyarənin məhv edildiyi məlum olub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook”da məlumat yayıb.

Məlumatda bildirilib ki, avqustun 9-da Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Krımda Saki hərbi aerodromunda güclü partlayışlar nəticəsində 9 düşmən təyyarəsi məhv edilib.

“Saki! İşğalçıların doqquz təyyarəsi məhv edildi”, – məlumatda deyilir.

Xatırladaq ki, Krımda avqustun 9-da Novofedorovkadakı hərbi hava bazasında güclü partlayışlar baş verib. Hadisə şahidləri bildiriblər ki, hərbi aerodromun uçuş-enmə zolağı və silah-sursat anbarları yanıb. İnsanlar təlaş içində Novofedorivka və yarımadanı tərk etməyə başlayıblar.

KİV-in məlumatına görə, partlayışlar nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Krımda baş verən partlayışların səbəbinin döyüş sursatının partlaması olduğunu iddia edib.

Ukrayna Müdafiə Nazirliyi yanğının səbəbini müəyyən edə bilmədiklərini qeyd edib, lakin bir daha rəqiblərə yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyə edib.

Qeyd edək ki, Krımda fevralın 24-də Ukrayna ilə başlayan genişmiqyaslı müharibə zamanı Rusiya Xerson, Nikolayev və Zaporojye rayonlarını bombalamaq üçün həmin aviabazadan istifadə edirdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678