Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Duqinə qarşı teraktın arxasında kim dayanır? – Sensasion iddia

91 Baxış

Müasir Rusiya millətçiliyinin atalarından və “Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duginin qızı Darya avtomaşınına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub. Bir çox müşahidəçilərin dediyinə görə, əslində bombanın hədəfi Duqinin özü olsa da, hədəfə gələn onun qızı olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspertin sözlərinə görə, Duqinin daha çox “Darya Platonova” təxəllüsü ilə tanınan qızı da atasının ideoloji tərəfdaşı və fəal dəstəkçisi idi:

“Qeyd olunur ki, o, Moskva ətrafındakı tədbirdən geri dönərkən qətlə yetirilib. Bu da bildirilir ki, terrorun hədəfi olan Duqinin sağ qalmasının səbəbi son anda başqa maşında getməyə qərar verməsi olub.

Donbas terrorçu-separataçılarından tutmuş digər Rusiya radikallarınadək, bir çoxları terrorun ukraynalı diversantlar tərəfindən təşkil olunduğunu iddia etsələr də, bu, inandırıcı görünmür. İlk növbədə ona görə ki, indi ukraynalıları maraqlandıran daha çox onların ölkəsinə qarşı müharibə aparan generallardır.

İdeoloqlar isə bir qayda olaraq daxildəki siyasi-ideoloji rəqibləri tərəfindən hədəfə alınırlar. Duqin də bu mənada istisna deyil. Avrasiya ideyalarının arxasında gizlənən Duqinin əsas ideoloji platforması rus faşizmidir və bu, getdikcə daha aydın görünməkdədir. Çox güman ki, onun hədəfə alınmasının səbəbi də elə budur. Amma konkret halda Duqinə qarşı terror törədənlərin onun ideoloji rəqibləri deyil, həmin ideologiyanı onun əlindən almaqda maraqlı tərəfin olması daha inandırıcıdır. Bunun da konkret səbəbi var: bu gün Rusiyada aşırı millətçiliyə alternativ ideologiyanın olduğu və hətta ola biləcəyi də görünmür. İllər ərzində Kreml təbliğatı sayəsində aşırı millətçiliyə, ksenofobiyaya, irqçiliyə, bir sıra hallarda isə açıq faşizmə yoluxdurulmuş Rusiya cəmiyyətində uğur qazanmağın yeganə yolu həmin baxışlarla, həmin ideoloji platforma ilə silahlanmaqdan keçir. Bu ölkədə başqa siyasi baxışların şansının olduğu görünmür”.

Ekspertin sözlərinə görə, hətta daim liberal siyasətçi kimi tanınmış keçmiş Prezident Medvedyevin davamlı olaraq millətçiliyə, şovinizmə, irqçiliyə istinad etməsi də təsadüfi sayılmamalıdır:

“Müasir Rusiya siyasətində uğur (daha doğrusu, xalqın dəstəyini) qazanmağın yeganə yolu budur. Rusiya siyasi çevrələrində gedən mübarizə əslində millətçi-faşist ideologiyaya sahiblənmək uğrundadır. Hakimiyyətə aparan yeganə yol həmin ideoloji paltformadan keçir. Elə buna görə də ölüm-dirim savaşı ideoloji baxımdan eyni qütbdən olanlar arasında gedir və gedəcək də. Bu mənada “rus dünyasının” atasının hədəfə alınması ideoloji platforma uğrunda mübarizənin (əslində isə müharibənin) kəskinləşdiyinin və kulminasiya nöqtəsinə yaxınlaşdığının indikatoru kimi qəbul oluna bilər. Digər tərəfdən də “ayının dərisini bölüşdürməyə” başlayıblarsa, demək, ayı ya artıq ölüb, ya da can üstədir.

Baş verən hadisələr Rusiyada diversiyaların, terror aktlarının, “ürəktutmalar”dan ölümlərin, “avtoqəzalar”ın və nəhayət, “intiharlar”ın artacağını deməyə əsas verir. Mübarizənin vasitələri də bunlardır, çünki faşist ideologiyasının hökmranlıq etdiyi siyasi mühitdə sivil mübarizə metodları olmur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678