Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan 46 il sonra açılan Maraşı ziyarət etdi – FOTO

134 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində 46 il sonra açılan Qapalı Maraşı ziyarət edib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

“Burada sürətlə görülən işlər çərçivəsində yeni bir proses başlayıb. Buranın əsl sahibləri bəllidir və onlara qovuşacaqları günü gözləyirlər”, – deyə Türkiyə lideri bildirib.

Xatırladaq ki, Maraş Bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678