Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstan prezidentinə qarşı sui-qəsd planlaşdıran şəxsin cəzası açıqlandı

72 Baxış

Apreldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd təşkil etməkdə təqsirli bilinərək həbs edilən şəxs barəsində məhkəmə qərar verib.

Turanmedia.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə Astana İxtisaslaşdırılmış Cinayət Məhkəməsi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxs xarici kəşfiyyat xidmətində işlədiyinə və dövlətin bəzi yüksək rütbəli şəxslərinə, o cümlədən Prezident Tokayevə sui-qəsd təşkil etməyi planlaşdırdığına görə aprelin əvvəlində Qazaxıstan Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib.

 

Ətraflı

Tokayevi öldürməyi planlaşdıran A.Adıqayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bəyanatda təqsirləndirilən şəxsə “dövlətə xəyanət”, “Avrasiya İqtisadi İttifaqının sərhədləri daxilində silah gəzdirmək”, “Prezidentin həyatına müdaxilə etməyə cəhd etmək”, “terror aktına hazırlıq”,”qanunsuz narkotik vasitələrin tədarükü və saxlanması” və digər cinayətlərdə ittiham olunduğu üçün həbs cəzası verildiyi bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678