Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bunun üçün hər şey edəcəyik – Kadırov

86 Baxış

Əsir düşən hərbçilərimizin azad edilməsi üçün mümkün olan hər şeyi edəcəyik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov qeyd edib.

“İstəyirəm, doğmaları əsir düşən vətəndaşlarımıza müraciət edim. Biz onların azad olunması üçün hər şey edirik. Biz özümüzküləri atmırıq və atmayacağıq. Bu, bizim üçün müqəddəs borcdur”, – o, Teleqram kanalında qeyd edib.

Kadırov Qaraçay-Çərkəzdən olan tibb işçisi Murad Karabaşovun əsirlikdən qayıtmasından da danışıb:

“Karabaşovun qohumları ilə videobağlantı vasitəsilə danışmağımdan böyük məmnunluq hissi keçirdim. Onlar oğlanın sağ-salamat evə qayıtmasına görə çox sevinirlər. Gizlətmirəm, ünvanımıza səmimi təşəkkür sözlərini eşitmək çox xoş idi”.

Kadırov əlavə edib ki, Şimali Qafqazdan olan şəxsin azad edilməsi respublika rəhbərliyi üçün prinsipial əhəmiyyət kəsb edirdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678